ZƏBUR61azb_bsa

Məzmur 61

Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru.

1Ey Allah, fəryadımı eşit,Duamı dinlə.2Düşkünlük qəlbimi alıb,Mən dünyanın ucqarından Səni çağırıram.Sən məni əlçatmaz bir qayaya apar.
3Çünki Sən mənim pənahgahımsan,Düşmənə qarşı möhkəm qülləsən.4Qoy sonsuzadək çadırında yaşayım,Qanadlarının altında pənah tapım. Sela5Sən, ey Allah, etdiyim əhdi eşitdin,Adından qorxanlara təyin etdiyin payı mənə verdin.
6Sən ömür ver, qoy padşahın yaşasın,İlləri nəsillərdən-nəsillərə qədər uzansın.7Allahın hüzurunda daim taxtda otursun,Məhəbbət və sədaqət ver, onu qorusun.8Mənsə adını həmişə tərənnüm edəcəyəm,Hər gün əhd etdiyim təqdimləri verəcəyəm!