ZƏBUR54azb_bsa

Məzmur 54

Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili.

Ziflilər Şaulun yanına gəlib «yəqin ki Davud bizim aramızda gizlənib» deyəndə.

1Ey Allah, isminlə məni qurtar,Qüvvənlə mənə bəraət ver.2Ey Allah, mənim duamı dinlə,Dilimdən çıxan sözlərə qulaq as.3Yadellilər əleyhimə qalxıblar,Zalımlar canımı almaq üçün məni axtarırlar,Heç Allaha baxmırlar. Sela
4Budur, Allah mənə kömək edir,Xudavənd ömrümə dayaq olur.5O bu şəri düşmənlərimə tərəf döndərəcək.Mənim sadiq Allahım, düşmənləri yox et!6Sənə könüllü qurban kəsəcəyəm,Ya Rəbb, gözəl isminə şükür edəcəyəm!7Məni hər darlıqdan xilas etdin,Gözüm düşmənlərimin məhvini gördü.