ZƏBUR132azb_bsa

Məzmur 132

Ziyarət nəğməsi.

1Ya Rəbb, Davudu,Çəkdiyi bütün əzabları,2Rəbbə etdiyi andı,Yaqubun qüdrətli Allahına etdiyi əhdi yada sal.3O dedi: «Öz evimdə yaşamaram,Yatağımda yatmaram,4Gözümə yuxu getməz,Gözlərimi yummaram5Rəbbə layiq bir yer,Yaqubun qüdrətli Allahına bir məskən tapana qədər».
6Əhd sandığının Efratada olduğunu eşitdik,Onu Yaar tarlalarında tapdıq.7Dedik: «Gəlin, Onun məkanına gedək,Kətilində səcdə edək».
8Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgəİstirahət edəcəyin yerə qalx.9Kahinlərin həqiqətə bürünsün,Möminlərin Səni mədh etsin.10Qulun Davudun xatirinəMəsh etdiyindən üz döndərmə.
11Rəbb Davuda sədaqətlə and içdi,Bu andından dönməz:«Belindən gələn oğullarından biriniSəndən sonra taxtında oturdacağam.12Əgər övladların əhdimə,Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə,Onların oğulları daSonsuza qədər sənin taxtında oturacaq».
13Çünki Rəbb Sionu seçdi,Orada Öz məskənini salmaq istədi.14Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir,İstəyirəm ki, burada məskən salım.15Bu yerə bol ruzi-bərəkət verəcəyəm,Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm.16Kahinlərini zəfərə bürüyəcəyəm,Möminləri sevinclə mədh oxuyacaq.17Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm,Məsh etdiyim üçün bir çıraq hazır etmişəm.18Düşmənlərini xəcalətə salacağam,Lakin onun tacı nur saçacaq».