YEREMYA51azb_bsa
1Rəbb belə deyir:«Mən Babildə və Lev-Qamayda yaşayanlara qarşıHəlakedici bir külək əsdirəcəyəm.2Babilə taxılsovuranlar göndərəcəyəm,Onu sovurub ölkəsini boş qoyacaqlar,Qara gündə hər yandan ona hücum edəcəklər.3Oxçu kamanını çəkməsin,Zirehini geyməsin.Onun cavanlarına rəhm etməyin,Ordusunu tamamilə məhv edin.4Öldürülənlər Xaldey ölkəsində,Yaralılar Babil küçələrindəYerə səriləcək.5Ancaq İsrailin Müqəddəsinə qarşıÖlkələri təqsirlə dolduğu haldaÖzlərinin Allahı Ordular Rəbbiİsrail və Yəhuda xalqlarını tərk etmədi.6Babilin içindən qaçın!Hər kəs canını qurtarsın!Onun günahına görə məhv olmayın.Çünki Rəbbin qisas zamanıdır,Ona öz əvəzini verəcək.7Babil Rəbbin əlində bir qızıl kasa idi,Bütün dünyanı sərxoş edirdi.Millətlər onun şərabını içdi,Ona görə də çılğınlaşdı.8Babil qəflətən düşüb parça-parça olacaq,Onun üçün yas tutun!Yarasına məlhəm sürtün,Bəlkə şəfa tapar.9Babilə şəfa vermək istədik,Amma sağalmadı.Onu tərk edək,Hər birimiz öz ölkəmizə qayıdaq.Çünki Babilin hökmü göylərə çatır,Buludlara qədər yüksəlir.10Rəbb bizə bəraət verdi.Gəlin Allahımız Rəbbin nələr etdiyiniSionda elan edək!11Oxları itiləyin,Kaman qablarını doldurun!Rəbb Midiya padşahlarını hərəkətə gətirdi.Məqsədi Babili yox etməkdir,Rəbb Öz qisasını, məbədinin qisasını alacaq.12Babil divarlarına qarşıBayraq yüksəldin!Keşikçiləri çoxaldın,Növbətçiləri öz yerinə qoyun,Pusquda durun.Çünki Rəbb Babildə yaşayanlara qarşıHəm niyyət qurdu,Həm də söylədiyini yerinə yetirdi.13Ey axar suların sahilində yaşayanlar,Çoxlu xəzinələri olanlar,Axırınız gəldi,Vaxtınız yetişdi».14Ordular Rəbbi Öz varlığına and içdi:«Səni çəyirtkə sürüsü ilə dolduran kimiMütləq əsgərlərlə dolduracağam,Sənə qarşı zəfər nərəsi çəkəcəklər».