VAİZ12azb_bsa
1Pis günlər gəlməzdən qabaq,“Onlardan zövq almıram” deyəcəyin illərYaxınlaşmazdan əvvəl,Cavanlıq günlərindəSəni Yaradanı xatırla.2Günəş, işıq, ay və ulduzlar sönməzdən əvvəl,Yağışdan sonra buludlar yenə qayıtmazdan əvvəlOnu xatırla.3O gün gələndəEvi qoruyanlar tir-tir əsəcək,Güclülər əyiləcək,Əl dəyirmanı ilə işləyənlərAz olduqları üçünDən üyüdə bilməyəcək,Pəncərədən baxanlar qaralacaq.4Küçəyə açılan qapılar bağlanacaq,Dəyirmanların səsi kəsiləcək.Adamlar quş səsi ilə oyanacaq,Nəğmə oxuyan bütün qızların səsiniZəif eşidəcəklər.5O zaman onlar uca yerdən qorxacaq,Yolda yerimək də təhlükəli olur.Bax badam ağacı çiçək verir,Çəyirtkə özünü güclə çəkir,Həvəsi zəifləyir.Beləcə insan son mənzilə gedir,Yas tutanlar küçələrə düşür.6Gümüş iplər qopmamış,Qızıl kasa qırılmamış,Bulaq başında kuzə tikə-tikə olmamış,Quyu yanında çarx sınmamış,7Torpaq gəldiyi yerə qayıtmamış,Həyat nəfəsi isə onu verən Allaha dönməmişSəni Yaradanı xatırla».8Vaiz deyir:«Hər şey puçdur, tamam puçdur».