ZƏBUR70azb_bsa

Məzmur 70

Musiqi rəhbəri üçün. Davudun yadasalma məzmuru.

1Ey Allah, məni xilas et,Ya Rəbb, dadıma tez çat!2Canımın qəsdinə duranlarQoy utanıb biabır olsunlar.Pis günümdən zövq alanlarGeri qovulub rüsvay olsunlar.3«Aha! Aha!» deyənlərXəcalət içində çaşıb-qalsınlar.
4Lakin Səni axtaranlarSənə görə qoy şad olub sevinsinlər,Verdiyin xilası sevənlərDaim «Qoy ucalsın Allah!» desinlər.5Budur, bir məzlum, bir fəqirəm,Ey Allah, Sən Özünü tez yetir.Köməyim, xilaskarım Sənsən,Ya Rəbb, ləngimə!