ZƏBUR124azb_bsa

Məzmur 124

Davudun ziyarət nəğməsi.

1İndi İsrail söyləsin:Rəbb tərəfimizi saxlamasaydı,2Bizə qarşı insanlar qalxarkənRəbb tərəfimizi saxlamasaydı,3Bizə qarşı qəzəblərindən yanarkənBizi diri-diri udardılar,4Sular bizi yuyub-aparardı,Sellər üstümüzü basardı,5Azğın sular üstümüzü basardı.
6Alqış olsun Rəbbə!O bizi onların dişlərinə ov etmədi.7Bizi ovçunun tələsindən bir quş kimi qurtardı,Tələ qırıldı, canımız azad oldu.8Bizə Rəbbin adından,Göyləri və yeri yaradandan yardım gəlir.