ZƏBUR123azb_bsa
Məzmur 123
Ziyarət nəğməsi.
1Ey göylərdəki taxtında Oturan,Gözlərimi Sənə dikmişəm.2Ağasının əlinə baxan qul kimi,Xanımının əlinə baxan kəniz təkBiz də Allahımız Rəbbə göz dikmişik,Bizə rəhm etməsini gözləyirik.3Bizə rəhm et, ya Rəbb, rəhm et!Çünki təhqirlərdən doymuşuq.4Laqeydlərin rişxəndləri,Təkəbbürlülərin təhqirləri bizi cana doydurdu.