ZƏBUR100azb_bsa

Məzmur 100

Şükran məzmuru.

1Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin,2Sevinclə Rəbbə qulluq edin,Mədh oxuyaraq Onun hüzuruna gəlin!
3Rəbb Allahdır, siz bunu bilin,O bizi yaradıb, biz Ona aidik,Xalqıyıq, otlağında otardığı sürüyük.
4Dərgahına şükürlərlə,Həyətlərinə həmdlərlə gəlin.Ona şükür edin,İsminə alqış söyləyin.
5Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir,Sədaqəti nəsillərdən-nəslə çatır!