AVDİYA1azb_bsa
1Bu, Avdiyaya zühur olan görüntüdür. Edom üzərində Allahın məhkəməsiXudavənd Rəbb Edom barəsində belə deyir:Biz Rəbdən xəbər eşitdik,Millətlər arasına«Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi.2«Bax səni millətlər arasında kiçildəcəyəm,Hamı sənə xor baxacaq.3Ey sən qaya çatlarında məskən salan,Evini yüksəklərdə quran!Ürəyinin qüruru səni aldatdı,Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin.4Sən qartal kimi yuxarı uçubYuvanı ulduzlar arasında qursan da,Səni oradan endirəcəyəm».Rəbb bəyan edir.5«Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi,Ancaq öz istədikləri qədər oğurlamazdılarmı?Əgər üzüm yığanlar sənin bağına gəlsəydi,Bir neçə salxımı saxlamazdılarmı?Amma gör səni nə cür müsibətlər gözləyir!6Esavın hər şeyi talan ediləcək,Gizli xəzinələri aşkara çıxarılacaq.7Səninlə əhd bağlayanların hamısıSəni ölkəndən qovacaq,Müttəfiqlərin səni aldadıb məğlub edəcək.Səninlə çörək yeyənlər sənə tələ quracaq,“Onun ağlı haradadır?” deyəcək».8Rəbb bəyan edir:«O gün Edomun hikmətli adamlarını,Esav dağındakı müdrikləri məhv edəcəyəm.9Ey Teman, igid adamların elə qorxuya düşəcək ki,Esav dağlarının hər sakini qırğında öldürüləcək.10Qardaşın Yaquba etdiyin zorakılığa görəSən xəcalət içində qalacaqsan,Əbədi məhv olacaqsan.11Yadellilər onun sərvətini aparandaSən uzaqda durub tamaşa etdin.Əcnəbilər onun şəhər darvazalarından giribYerusəlim üçün püşk atandaSən də onlardan biri kimi davrandın.12Sən gərək Yəhudalı soydaşlarınınBədbəxtlik günündən zövq almayaydın,Həlak olduqları gün sevinməyəydin,O əzablı gündə rişxənd etməyəydin,13Xalqımın fəlakətli günündəOnların şəhər darvazalarından girməyəydin,Başlarına bəla gələn günOnların fəlakətini sevinclə seyr etməyəydin,Başlarına bəla gələn günOnların malına əl uzatmayaydın!14Sən gərək qaçan Yəhuda övladlarını öldürmək üçünYol ayrıcında dayanmayaydın,O əzablı gün qurtulanlarıDüşmənə təslim etməyəydin!