ƏYYUB42azb_bsa
1O vaxt Əyyub Rəbbə belə cavab verdi:2«Bilirəm, Sən hər şeyə qadirsən,Sənin istəyinin qarşısı alınmaz.3Soruşdun: “Məsləhəti savadsızcasına ört-basdır edən bu kimdir?”Doğrudan da, bilmədiyim şeylərdən,Əlim çatmadığı heyrətamiz işlərdən danışdım.4Dedin: “İndi qulaq as, Mən danışacağam,Sual verəcəyəm, Mənə cavab ver”.5Qulaqlarıma sorağın çatmışdı,İndisə Səni gözlərimlə görürəm.6Ona görə özümdən zəhləm gedir,Torpağın, külün içində tövbə edirəm».