YEREMYA4azb_bsa
1Rəbb bəyan edir: «Ey İsrail, əgər geri qayıtsan,Mənə tərəf qayıtsan,İyrənc bütlərini önümdən götürsən,Bir daha sərgərdan gəzməsən,2Həqiqət, ədalət və doğruluqla“Var olan Rəbbə and olsun!” deyə and içsən,O zaman millətlərRəbb vasitəsilə bərəkət alacaq,Onunla öyünəcək».3Çünki Yəhuda adamlarına və YerusəliməRəbb belə deyir:«Özünüz üçün təzə əkin yeri şumlayın,Ancaq tikanlar arasında əkməyin.4Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar,Özünüzü Rəbb üçün sünnət edin,Ürəyinizin sünnət ətini kəsin.Yoxsa pis əməllərinizə görəQəzəbim od kimi püskürüb yandıracaq,Söndürən olmayacaq.