YEŞAYA10azb_bsa
1Haqsız qaydalar çıxaranların,Ədalətsiz qanun qoyanların,2Yoxsullardan ədaləti əsirgəyənlərin,Xalqımın kasıblarının haqqını əlindən alanların,Dul qadınları soyanların,Yetimlərin malını ələ keçirənlərin vay halına!3Cəza günü uzaqlardan başınıza bəla gələndə nə edəcəksiniz?Kömək üçün kimin yanına qaçacaqsınız?Mal-dövlətinizi harada saxlayacaqsınız?4Dustaqlar arasında əyilməkdənYaxud öldürülənlər arasında yıxılmaqdanBaşqa bir çarə qalmayacaq.Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,Əli hələ də cəzalandırmağa hazır idi.