1 YƏHYA2azb_bsa
1Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir.2O bizim günahlarımıza görə – təkcə bizim günahlarımıza görə deyil, bütün dünyanın günahlarına görə kəffarə qurbanıdır.3Onu tanıdığımızı bundan bilirik ki, Onun əmrlərinə riayət edirik.4Kim «Onu tanıyıram» deyir, amma Onun əmrlərinə riayət etmirsə, yalançıdır və onun daxilində həqiqət yoxdur.5Lakin kim Onun sözünə riayət edirsə, Allah məhəbbəti onda, həqiqətən, kamilliyə çatıb. Bundan bilirik ki, biz Allahdayıq.6Kim Onda qaldığını deyirsə, İsa Məsihin həyat sürdüyü kimi həyat sürməlidir.7Sevimlilər, sizə yeni əmr yazmıram, əvvəldən bəri malik olduğunuz qədim bir əmri yazıram; qədim əmr isə eşitdiyinizsözdür.8Yenə də sizə yeni bir əmr yazıram; bunun həqiqi olduğu Məsihdə və sizdə görünür. Çünki qaranlıq keçir və həqiqi nur artıq parlayır.9Kim nurda olduğunu deyir, amma qardaşına nifrət edirsə, hələ də qaranlıqdadır.10Qardaşını sevən nurda qalır və onda büdrəmə səbəbi yoxdur.11Amma qardaşına nifrət edən qaranlıqdadır. O, qaranlıqda gəzir və hara getdiyini bilmir, çünki qaranlıq onun gözlərini kor edib.12Ey övladlar, sizə yazıram, çünki Onun adı naminə günahlarınız bağışlanıb.13Ey atalar, sizə yazıram, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız. Ey gənclər, sizə yazıram, çünki şər olana qalib gəlmisiniz.14Ey uşaqlar, sizə yazdım, çünki Atanı tanıyırsınız. Ey atalar, sizə yazdım, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız. Ey gənclər, sizə yazdım, çünki güclüsünüz, Allahın kəlamı sizdə qalır, şər olana da qalib gəlmisiniz.15Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevirsə, onda Atadan olan məhəbbət yoxdur.16Çünki dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir.17Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.